Heykəltəraş Zakir ƏHMƏDOV
Azərbaycan heykəltəraşı Zakir Əhmədov 1955-ci ildə Bakı şəhərində anadan olub.
O, 1978-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin, 1988-ci ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun heykəltəraşlıq fakültələrini bitirib. 1978-ci ildən dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə iştirak edir. 1989-cu ildə Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. 2005-ci ildə "Humay" milli mükafatına layiq görülüb. Zakir Əhmədovun heykəlləri Azerbaycan, Türkiyə, Rusiya, Polşa, Çexiya, Cənubi Afrika, Fransa, Almaniya, Böyük Britaniya, ABŞ və cox ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.